AZ

Yaponiyada 100 yaşdan yuxarı əhali rekordu yenilənib

ain.az bildirir, Sherg.az portalına istinadən.

Yaşlanan əhali və aşağı doğum nisbətləri səbəbilə bir çox problemlə üzləşən Yaponiyada “əsrlik çinarlar”ın sayı rekordu yeniləyib.

Sherg.az xəbər verir ki, Yaponiya Səhiyyə, Əmək və Sosial Rifah Nazirliyinin məlumatına görə, ölkədə yaşayan 100 yaş və daha yuxarı insanların sayı 55 il ərzində fasiləsiz artaraq 2024-cü ildə 99 min 763 nəfərlik rekord səviyyəyə çatıb.

Ötən illə müqayisədə isə 4 min 644 nəfərlik artım qeydə alınıb. 100 yaş və daha yuxarı şəxslərin təxminən 88 faizini  - 87 min 784 nəfəri qadınlar, təxminən 12 faizini - 11 min 979 nəfəri isə kişilər təşkil edir.

Hər 100 min nəfərə düşən 100 yaşdan yuxarı insan sayında Şimane prefekturası 168,69 göstərici ilə ardıcıl 13 ildir birincidir. Ölkə üzrə hər 100 min nəfərə düşən 100 yaşdan yuxarı insan nisbəti isə 80,58 olaraq qeydə alınıb.

2024-cü ildə orta ömür müddəti qadınlarda 87,13, kişilərdə isə 81,09 olaraq müəyyən edilib.

Son məlumatlara görə, Yaponiyanın ən yaşlı insanı və ən yaşlı qadını Nara prefekturasında yaşayan 114 yaşlı Şigeko Kaqava olub. Ölkənin ən yaşlı kişisi isə Şizuoka prefekturasında yaşayan 111 yaşlı Kyotaka Mizuno kimi qeydə alınıb.

Yaponiya hökuməti sözügedən araşdırmaya aid məlumatları 1963-cü ildən toplamağa başlayıb. O il 100 yaşını aşan insanların sayı 153 nəfər idi.

100 yaşını aşan insanların sayı 1981-ci ildə mini, 1998-ci ildə isə 10 mini keçmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
sherg.az

2Mənbələr