AZ

Ruslara Almaniyadan viza qadağası gəlir

Almaniya hökuməti hazırlanmaqda olan Avropa İttifaqının yeni sanksiyalar paketi çərçivəsində Rusiya vətəndaşları üçün viza qaydalarının sərtləşdirilməsinə cəhd göstərmək niyyətindədir.

XəzərNews.az xəbər verir ki, məlumatı DPA agentliyi yayıb.

Agentliyin məlumatına görə, Berlinin hazırladığı sənəd Avropa Komissiyasının hələ 2022-ci ildə dərc edilmiş tövsiyələrinin tam şəkildə həyata keçirilməsinə çağırış edir. Həmin tövsiyələr Rusiya vətəndaşlarına verilən vizaların əhəmiyyətli dərəcədə azaldılmasını və xüsusilə turist səfərləri üçün müraciətlərə baxılma meyarlarının sərtləşdirilməsini nəzərdə tutur.

Aİ-nin son statistikalarına əsasən, 2024-cü ildə Rusiya vətəndaşlarına Aİ ölkələrinə və digər Şengen məkanına, o cümlədən İsveçrəyə səyahət üçün təxminən 542 min qısamüddətli viza verilib. Bu göstərici 2023-cü illə müqayisədə təxminən 20 faiz çoxdur, lakin məhdudiyyətlərin qüvvədə olmadığı 2019-cu illə müqayisədə xeyli azdır.

DPA-nın məlumatına görə, Almaniya 2024-cü ildə Rusiya vətəndaşlarına təxminən 27,3 min Şengen vizası təqdim edib. Bundan əlavə, uzunmüddətli qalmaq məqsədilə – təhsil və ya iş üçün – 11,3 minə yaxın milli viza verilib. Almaniya Xarici İşlər Nazirliyi bildirir ki, xüsusi hərbi əməliyyatın başlanmasından sonra həm Şengen, həm də milli vizaların verilməsi meyarları sərtləşdirilib.

Xəbər 2 dəfə oxunub.
Seçilən
67
xezernews.az

1Mənbələr