Yaponiyanın paytaxtı Tokioda güclü yağışlar səbəbindən beynəlxalq hava limanı bağlanıb, qatarların hərəkəti dayandırılıb.
Su basmış şəhərin görüntülərini SHOT-a istinadən Life jurnalı dərc edib.
“Bir çox ərazilərdə güclü yağıntılar olub – cəmi bir saat ərzində Setagayada 92 mm, Otada 88,5 mm yağıntı düşüb. Ötən gün 7000-dən çox ev bir neçə saat ərzində işıqsız qalıb”,-deyə bildirilib.
İnsanlar dizə qədər suda gəzirlər, metro stansiyaları su altında qalıb və Yaponiyanın 100-dən çox aviaşirkəti reysi təxirə salınıb və ya ləğv edilib.
//Gülnarə Abasova, Editor.az