AZ

“İlk dayanacağımız Naxçıvan olacaq”

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türk dövlətləri ilə əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu Naxçıvana gedir.

Sitat.info xəbər verir ki, K.Zorlu bu barədə rəsmi  “X” hesabında yazıb.

“Bu gün Naxçıvan-Iğdır xəttində ilk dayanacağımız Türk dünyasının strateji mərkəzlərindən biri – “Türk qapısı” Naxçıvan olacaq. Qarşıdakı dövrdə Azərbaycan-Türkiyə qardaşlığının bölgəmizdə formalaşdıracağı sülh və rifah mühiti məhz Naxçıvan xəttindən yüksələcək”, - sədr müavini bildirib.

Seçilən
8
2
sitat.info

3Mənbələr