AZ

Birinci Qarabağ müharibəsində şəhid olan hərbçi Murad Vəliyevin qalıqları Qubada dəfn olunub - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid hərbçi Murad Məlikməmməd oğlu Vəliyevin qalıqları Quba rayonuna gətirilib.

APA-nın Şimal bürosu xəbər verir ki, Quba şəhərinin girişində şəhidin qarşılanma mərasimi keçirilib.

Daha sonra şəhidin qalıqları doğulduğu Nütəh kəndinə gətirilib. Vida mərasimindən sonra şəhid Murad Vəliyevin qalıqları kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Murad Vəliyev 1971-ci ildə Quba rayonunun Nütəh kəndində anadan olub.

O, 1994-cü ildə Füzuli rayonunun Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Birinci Birinci Birinci
Seçilən
29
5
apa.az

6Mənbələr