AZ

“Zəngəzur dəhlizi açılırsa...” deputat

Xalqcebhesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Türkiyə–Ermənistan sərhədinin açılması ilə bağlı müzakirələr gedir və bununla bağlı mətbuatda da informasiya yayılıb”.

Bu sözləri Xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi bu prosesə normal yanaşır: “Çox güman ki, bizim rəsmi şəxslərdə kifayət qədər əhatəli informasiya var və biz də bu prosesə normal yanaşırıq. Çünki bütün hallarda bu kommunikasiya xətlərinin açılması ilə həm də diplomatik əlaqələrin qurulması ehtiva olunur. Və Türkiyənin də bu istiqamətdə Azərbaycanın maraqlarına uyğun davranacağı heç kimdə şübhə doğurmur. Biz birlikdə, koordinasiyalı şəkildə bu işin yekunlaşmasına maraqlıyıq. Bütövlükdə bölgəni müharibə təhlükəsindən uzaq, daha az riskli bölgəyə çevirmək hədəfimizə də çatmalıyıq”.

Deputat qeyd edib ki, sərhədin açılmasıyla bağlı qərar müəyyən müddətdən sonra mümkün ola bilər: “Əgər Zəngəzur dəhlizi açılacaqsa, Türkiyənin Ermənistan sərhədinin bağlı olmasının nə mənası qalır? Türkiyə bu sərhədi bağlayanda Kəlbəcərin işğal olunmasını əsas götürərək bağlamışdı. İndi də Azərbaycan rəhbərliyi ilə məşvərət etmədən bunu həll etməsi mümkün deyil. Çünki biz birlikdə bu prosesi bura qədər gətirmişiksə, bundan sonra da eyni qaydada davam edəcəyik”.

Fazil Mustafa əlavə edib ki, Zəngəzur dəhlizinin açılması artıq daha fərqli bir müstəvidə müzakirə olunub və qərar qəbul edilib: “Ona görə də Türkiyənin bilavasitə bu dəhlizlə bağlı konkret bir iştirakı olmasa da, bunun Azərbaycan və Ermənistan arasında danışıqların yekunu olaraq açılmasını alqışladığını bəyan edib. Ona görə də bu istiqamətdə Türkiyə istər Azərbaycan, istər Ermənistan tərəfinə lazım olan dəstəyi verəcək”.

Günel Elxan

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
icma.az

1Mənbələr