AZ

Polşa özünün şərq sərhədində 40 min hərbçi yerləşdirib

Cümə günü, sentyabrın 12-də Polşa ilə sərhəddə hücum təlimi keçirmək üçün təqribən 30 min Rusiya və Belarus əsgəri yerləşdirilir.

“İki sahil” xəbər verir ki, bu iki ölkənin ordularının birgə keçirdiyi “Zapad-2025” təlimləri sadə hərbi təlimlərdən çox-çox kənara çıxan texniki və geosiyasi miqyas alır. Döyüş silahlarının da daxil olduğu avadanlıqlar arasında 5000 kilometrdən çox mənzilli və nüvə potensialına malik “Oreşnik” qitələrarası ballistik raketləri, elektron döyüş sistemləri və taktiki pilotsuz uçan aparatlar var. Bu barədə RBK yazır.

Bu manevrlərə cavab olaraq, Polşa NATO qüvvələri ilə koordinasiyada hərəkət edərək, özünün şərq sərhədinə 40 min əsgər yerləşdirib. Bu misli görünməmiş addım təkcə düşməni çəkindirmək deyil, həm də birbaşa təxribatlara cavab vermək qabiliyyətini nümayiş etdirmək məqsədi daşıyır. Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib: “Biz hazırıq. Polşa ordusu “Zapad 2025” təlimlərinə adekvat cavab verməyə hazır olmaq üçün bölgədə 30 mindən çox Polşa əsgərinin, o cümlədən NATO hərbçilərinin iştirakı ilə təlimlər keçirib”.

Polşa ölkənin şərqində, xüsusilə Kalininqrad rayonunda hava hərəkətinə məhdudiyyətlər qoyub.

Daxili işlər naziri Marçin Kervinski bildirib ki, bu qərar təhlükəsizlik vəziyyətinin pisləşəcəyi təqdirdə Polşanın radikal tədbirlər görməyə hazır olduğuna dair “aydın siqnal” vermək məqsədi daşıyır.

“Zapad” adlı Rusiya-Belarus təlimləri 2009-cu ildən bəri dörd ildən bir keçirilir. Hazırkı təlimin mövzusu “İttifaq dövlətinin hərbi təhlükəsizliyinin təmin edilməsi maraqları naminə qoşun qruplarından (qüvvələrdən) istifadə”dir, onun məqsədi isə Rusiyanın ittifaq dövləti olan Belarusun hərbi təhlükəsizliyini nə dərəcədə təmin edə biləcəyini və onların təcavüzü dəf etməyə hazırlıq səviyyəsini yoxlamaqdır. Bildirilib ki, təlimdə 30 min hərbçi iştirak edəcək (“Zapad-2021” təlimlərinə 200 min nəfər cəlb olunmuşdu).

Seçilən
7
3
ikisahil.az

4Mənbələr