AZ

Polis paytaxtda 35 min manatlıq dələduzluq edən şəxsləri saxlayıb

Binəqədi və Nəsimi rayonlarında dələduzluq faktları qeydə alınıb. İki paytaxt sakininin etibarından sui-istifadə edilməklə ümumilikdə 35 min 500 manatı ələ keçirilib.

DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, bu barədə zərərçəkənlər polisə müraciət ediblər.
 
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən 36 yaşlı A.Sadıqov, tanışı 38 yaşlı N.Məlikov və 24 yaşlı M.Quliyev saxlanılıblar.
 
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
38
16
operativmedia.az

10Mənbələr