AZ

Sahib Məmmədov: "Avropa çempionatında əsas missiyalardan birini yerinə yetirdik"

"Azərbaycanın çimərlik futbolu millisi Avropa çempionatının final mərhələsinin yarımfinalına çıxmaqla əsas missiyalardan birini yerinə yetirib".

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında millinin baş məşqçisi Sahib Məmmədov deyib.

O, A Divizionuna vəsiqə qazanmaq üçün yarımfinalda Rumıniyanı məğlub etmək istədiklərini söyləyib: "Litvaya 1:2 hesabı ilə uduzduq. Amma bu oyunun nəticəsindən asılı olmayaraq əsas missiyalardan birini yerinə yetirib yarımfinala vəsiqə qazanmışdıq. Uduzsaq Qazaxıstanla görüşəcəkdik. Qələbə qazandıq, rəqibimiz Rumıniya oldu və onlarla sabah qarşılaşacağıq. Hər iki komanda demək olar eyni səviyydədir. Ən vacib oyundur, həm finala, həm də A Divizionuna vəsiqə əldə etmək üçün qələbə qazanmalıyıq".

Mütəxəssis Litva ilə matçda xeyli qol vəziyyətlərindən yararlana bilmədiklərini də deyib: "Şükür ki, futbolçularımız nə zədələndi, nə də qırmızı vərəqə gördü. Litva ilə matçda qol vəziyyətlərimiz çox olsa da yararlana bilmədik. Daha əvvəl də Litva ilə qarşılaşmışdıq və demək olar eyni ssenari yaşandı. Hücumları dəyərləndirə bilmədik, nəticədə uduzduq. Sabah ən böyük missiyanı yerinə yetirib finala vəsiqə qazanmalıyıq".

Qeyd edək ki, milli bu gün baş tutan görüşdə Litvaya 1:2 hesabı ilə məğlub olmasına baxmayaraq yarımfinalda iştirak hüququ əldə edib. Komanda ötən gün Belçikanı 5:4 hesabı ilə üstələmişdi. Yığma sabah yarımfinalda Rumıniya ilə üz-üzə gələcək.

İdman.biz

Seçilən
13
1
idman.biz

2Mənbələr