Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatı – 2025-in (EBSL) final mərhələsində ikinci oyununu keçirib.
Apasport.az xəbər verir ki, B Liqasının A qrupunda yer alan millimiz Litva yığması ilə qarşılaşıb.
İtaliyanın Viareccio şəhərində baş tutan görüş rəqib komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu Kamran Qürbətov vurub.
Beləliklə, qrupda ikinci yeri tutan millimiz yarımfinala vəsiqə qazanıb. Sentyabrın 13-də keçiriləcək yarımfinal görüşündə komandamız Rumıniya yığması ilə qarşılaşacaq.
“Difai”dən yeni transfer
“ASTA Mingəçevir”dən növbəti transferlər - RƏSMİ
“Qarabağ” Aleksey İsayevlə yollarını ayırdı - RƏSMİ
“Səbail”dən yeni transfer
Azərbaycan çempionundan 3 yeni transfer