AZ

"Biz heç vaxt imperiya qarşısında əyilməyəcəyik" - Maduronun ABŞ-yə cavabı

Venesuela prezidenti Nikolas Maduro, ABŞ-nin mümkün hərbi müdaxiləsinə qarşı hazır olduqlarını bildirib və "Bu aktiv müharibədə möhkəm dayanacağıq" deyib.


Manset.az-ın əldə etdiyi məlumata görə, Maduro, ölkəsinin müdafiə sisteminin güclü olduğunu və imperialist hücumlara qarşı mübarizəyə hazır olduqlarını vurğulayıb.

Maduro, ABŞ-nin Karib dənizindəki hərbi fəaliyyətlərinə diqqət çəkərək, yeni müdafiə planlarının açıqlanacağını və 4,5 milyon milis qüvvəsini səfərbər etdiklərini qeyd edib. O, "Bizim yeganə sərvətimiz əxlaqımızdır" deyərək, Venesuelanın mənəvi gücünü önə çıxarıb.

ABŞ-nin Latın Amerikası narkotik kartelləri ilə mübarizə çərçivəsində döyüş gəmilərini Venesuela sahillərinə göndərməsi, iki ölkə arasında gərginliyi artırıb. ABŞ müdafiə naziri isə Venesuelada rejim dəyişikliyi əməliyyatı üçün hazırlıq olduğunu bildirib.

Seçilən
19
manset.az

1Mənbələr