İran prezidenti Məsud Pezeşkian İslam və ərəb ölkələri liderlərinin fövqəladə toplantısında iştirak etmək üçün gələn həftə Tehrandan Qətərin paytaxtı Dohaya yola düşəcək.
Modern.az xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.
Bazar ertəsi İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqası da daxil olmaqla müsəlman ölkələri liderlərinin fövqəladə sammitində İsrailin təcavüzkar əməlləri müzakirə olunacaq.