AZ

Massaçusets Universitetinin yataqxana binası yaxınlığında atışma oldu

ABŞ-də Massaçusets Universitetinə məxsus yataqxana binasının yaxınlığında atəş səslərinin eşidilməsi nəticəsində tələbələr binadan uzaqlaşdırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Boston polisi Massaçusets Universitetindəki bir yataqxananın yaxınlığında atəş səslərinin eşidilməsi ilə bağlı edilən xəbərdarlıqdan sonra kampusda genişmiqyaslı təhlükəsizlik tədbirləri görüldüyünü bildirib.

Sosial şəbəkələrdə paylaşılan video görüntüsündə polisin hadisənin baş verdiyi küçədə yerləşən yataqxana binasında olan tələbələri təxliyə etdiyi, kampus işçiləri və tələbələrin əlləri havada məktəb binasından çıxdıqları görünür.

Məktəb rəhbərliyinin verdiyi açıqlamada, Dorchester bölgəsindəki kampusda polis tərəfindən bir insidentə müdaxilə edildiyi və ətraflı məlumatın daha sonra veriləcəyi bildirilib.

Təxminən 15 min tələbəsi olan universitetin kampusunda baş verən hadisədə hər hansı bir xəsarət alanın olub-olmadığı hələlik məlum deyil.

Seçilən
45
operativmm.az

1Mənbələr