AZ

Çıxarışlı torpaqlarda inşa olunan tikililər də qanunsuz sayıla bilər - XƏBƏRDARLIQ

Tez-tez qanunsuz tikililərin sökülməsi ilə bağlı xəbərlər yayılır. Belə söküntü işləri zamanı tikintini aparmış şəxslərin bəziləri əllərində Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış olduğunu iddia edirlər.

Bəs hansı tikili qanunsuz hesab edilir? Və yaxud qanuni tikinti üçün nə etmək lazımdır?
 

MÖVZU İLƏ BAĞLI:

"Kupça"sı olan vətəndaşın evi bu hallarda məcburi sökülə bilər - SİYAHI


Mövzu ilə bağlı Bizim.Media-ya danışan daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirdi ki, birmənalı olaraq hər hansı bir torpaq sahəsində tikinti aparılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış əldə olunmalıdır:

“Çıxarış da torpağın təyinatına uyğun olmalıdır. Yəni çıxarışdakı torpağın kateqoriyasında qeyd olunur ki, bu kənd təsərrüfatlı təyinatlıdır, sənaye təyinatlıdır, fərdi yaşayış evinin tikintisi üçündür, yoxsa digər təyinatlıdır. Hər bir təyinat üzrə orada tikinti aparıla bilər. Çıxarışa uyğun olaraq torpaq fərdi yaşayış təyinatlıdırsa, o zaman həmin ərazidə ev tikintisinə icazə verilir.

Bununla belə fərdi yaşayış evinin tikintisini aparmadan öncə lisenziyalı şirkəti dəvət edib eskiz layihəsi çəkilməlidir. Həmin eskiz “bir pəncərə” sistemi ilə Şəhərsalma və Arxitektura Komitəsinə göndərilir. Komitə də öz növbəsində müraciətə baxılması üçün müvafiq rayon icra hakimiyyətinə göndərir.

İcra hakimiyyətiində müraciətə baxıldıqdan və müsbət rəy verildikdən sonra vətəndaşa eskiz əsasında tikinti aparılmasına icazə verilir. Bu qayda digər təyinatlı torpaq sahələri üçün də keçərlidir”.


Müsahibimiz əlavə edib ki, burada əsas məsələ tikintinin torpağın təyinatına uyğun aparılmasıdır:

“Tikinti işləri torpağın təyinat üzrə aparılmadıqda Şəhərsalma və Arxitektura Komitəsi müracətə müsbət rəy vermir. Bu vəziyyətdə isə aparılan tikinti qanunsuz hesab edilir”.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
40
3
bizim.media

4Mənbələr