AZ

Müdafiə Nazirliyi BHİK “Qəhrəman Övladları - Sabahın Ulduzları” adlı tədbir keçirib - VİDEO



Ölkəmizdə yeni tədris ilinin başlanmasına sayılı günlər qalır. Artıq bütün təhsil müəssisələrində hazırıq işləri də başa çatdırılıb. Ölkəmizdə fəaliyyət göstərən orta məktəblər də şagirdlərinin yolunu səbirsizliklə gözləyirlər.

Əlbəttə ki, bu yeni dərs ilində Vətən torpaqlarının azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin, sağlamlıqlarını itirmiş qazilərimizin övladlarının qayğıları ilə maraqlanmaq, onlara dəstək olmaq cəmiyyətin hər bir üzvünün üzərinə düşəm borcdur. Doğrudur, dövlətimiz və şəxsən cənab Prezident İlham Əliyev həm şəhid ailələri ilə, həm də qazilərimizlə bağlı bütün məsələləri hər zaman xüsusi diqqət mərkəzində saxlayır, onların rifah halının yüksəldilməsi, ailə-məişət problemlərinin həlli məqsədilə davamlı olaraq məqsədyönlü addımlar atılır. Bununla belə, bu kateqoriyaya aid olan insanlara, xüsusilə şəhidlərimizin bizlərə əmanət olaraq qoyub getdikləri övladlarına qayğı göstərmək ölkədə fəaliyyət göstərən bütün qurum və təşkilatların şərəf borcudur.

Bu baxımdan Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin (MN BHİK) fəaliyyəti də təqdirəlayiqdir. Qeyd edək ki, bu təşkilat tərəfindən mütəmadi olaraq şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşlər keçirilir, onların müxtəlif problemlərinin dövlət xətti ilə həll olunması üçün müvafiq addımlar atılır. Bu məqsədlə keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. O cümlədən 15 sentyabr - Bilik Günü münasibətilə şəhid ailələri ilə təşikl edilən görüşlər artıq ənənəvi hal almışdır.

10 sentyabr 2025-ci il tarixində MN BHİK tərəfindən 15 sentyabr - Bilik Günü münasibətilə “Qəhrəman Övladları - Sabahın Ulduzları” adlı tədbir keçirilib. Şəhid və qazi övladları üçün gözəl istirahət mərkəzlərindən birində süfrə açılıb. Daha sonra uşaqlar oyun zalında əyləniblər. Sonda MN BHİK tərəfindən şəhid və qazi övladlarına məktəb ləvazimatları alınması üçün maddi dəstək göstərilib.

Valideynlər tədbirin təşkilinə görə MN BHİK rəhbərliyinə təşəkkürlərini bildiriblər.



aia.az



Seçilən
19
aia.az

1Mənbələr