AZ

Rusiyada qayıq aşıb, üç nəfər ölüb

Kazanda Volqa çayında gəzinti qayığı aşıb, göyərtədə altı nəfər olub.

“İki sahil” bu barədə Rusiya İstintaq Komitəsinin Mərkəzi istintaq İdarəsinin mətbuat xidmətinə istinadən məlumat verir.

İlkin məlumata görə, hadisə bu gün gündüz saatlarında Tatarıstanın Zelenodolsk rayonu ərazisində baş verib.

Rusiya KİV-in məlumatına görə, hadisə nəticəsində üç nəfər ölüb.

Hadisənin səbəbləri və baş vermə şəraiti araşdırılır. Yoxlamanın nəticələrinə əsasən prosessual qərar qəbul ediləcək.

Seçilən
24
4
ikisahil.az

5Mənbələr