Polşanın rəqəmsallaşma naziri Kşiştof Qavkovski “The Washington Post”a açıqlamasında Rusiyanın Polşa hava məkanına qəsdən müdaxilə etdiyini bildirib.
Musavat.com xəbər verir ki, nazir qeyd edib:
“Rusiya qəsdən Polşaya hücum etdi – bizim bunu təsdiqləyən faktlarımız və sübutlarımız var. Bu, əvvəlcədən planlaşdırılmış və dezinformasiya kampaniyası ilə koordinasiya olunmuş bir təxribat idi. Həqiqətin yumşaldılması rus narrativini gücləndirir. Hər bir ifadə ki, biz qəsdən edilən aktla üz-üzə qaldığımızı inkar edir, rus dezinformasiyasına dəstəkdir. Dezinformasiya da müharibənin bir elementidir”.
Qavkovski əlavə edib ki, dezinformasiya müəyyən qədər həqiqət notları daşısa da, bütöv ardıcıllıq heç vaxt həqiqəti əks etdirmir.
Musavat.com