ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, “Qarabağ” Futbol Klubunun baş məşqçisi Qurban Qurbanovun oğlu, milli komandanın üzvü Musa Qurbanlının toy mərasimi keçirilib. Paytaxt restoranlarından birində baş tutan məclis idman ictimaiyyətinin tanınmış simalarını bir araya gətirib.
Lakin mərasimlə bağlı diqqətçəkən məqamlardan biri “Qarabağ”ın sabiq futbolçusu Qara Qarayevin toyda iştirak etməməsi olub.
KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, Q.Qarayevin tədbirdən heç bir paylaşım etməməsi sosial şəbəkələrdə və media məkanında müzakirələrə yol açıb.
Bir sıra istifadəçilər Qurban Qurbanovla Qarayev arasında münasibətlərin “sərin” olduğunu iddia edirlər. Bildirilir ki, bunun səbəbi tərəflər arasında fikir ayrılıqları, xüsusilə də dini baxışlarla bağlı ziddiyyətlər ola bilər.
Qeyd edək ki, bu kimi mülahizələr daha əvvəl də mətbuatda və sosial şəbəkələrdə gündəmə gəlmişdi.
Qara Qarayev və Qurban Qurbanov isə bu barədə hələlik heç bir açıqlama verməyiblər.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.