“Rusiya və Ukrayna arasında danışıqlarda fasilə yaranıb”.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, iki ölkənin danışıq qrupları arasında əlaqə kanalları qorunur:
"Biz çəhrayı rəngli eynək taxıb Ukrayna ilə bağlı danışıqlardan ildırım sürəti ilə nəticə gözləyə bilmərik", - Peskov vurğulayıb.
Qeyd edək ki, Peskov daha əvvəl Rusiya diplomatik vasitələrlə ölkənin təhlükəsizliyini təmin etməyə nail olana qədər xüsusi hərbi əməliyyatın davam edəcəyini bildirmişdi.
Bizim.Media