AZ

Asan yolla pul qazanmaq: psixoloji ehtiyac, yoxsa sosial təzyiq? PSİXOLOQ AÇIQLADI

Sia Az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Müasir dövrdə bir çox insan sürətli uğur və tez gəlir əldə etməyə can atır. Xüsusilə sosial media və texnoloji inkişafların təsiri ilə zənginlik və uğur artıq əlçatan, hətta adi bir hadisə kimi təqdim olunur. İnsanlar da bu təsirin nəticəsində ən qısa zamanda, ən az səylə maksimum nəticə əldə etməyə çalışırlar. Lakin bu istəklərin arxasında yalnız maddi ehtiyaclar deyil, dərin psixoloji faktorlar da dayanır. Bəs, bu faktorlar nələrdir?

Məsələ ilə bağlı psixoloq Vüsalə Əmiraslanova SİA-ya açıqlamasında bildirib ki, texnologiyanın inkişafı insanların daha çox oturaq işdə, az vaxt sərf edərək çox pul qazanmasına səbəb olur:

"Təəssüflər olsun ki, bu sürətli pul qazanmaq məsələsi bəzən də yanlış informasiyaların yayılmasına səbəb olur. Bəziləri evdə oturaraq kənardan kiçik bir iş götürür və onun qarşılığında müəyyən məbləğdə pul qazanır. Çoxu düşünür ki, bunu hər kəs edə bilər. Bu istək təkcə şəxsi ambisiyalardan və maddi ehtiyaclardan qaynaqlanmır, eyni zamanda dövrün diktə etdiyi yeni normalarla da sıx bağlıdır. Xüsusilə sosial media və texnoloji inkişafların təsiri ilə zənginlik, uğur, rahat həyat tərzi və maddi bolluq artıq qeyri-real deyil, sanki “əlçatan” və “asan” bir məqsəd kimi təqdim olunur. Sosial şəbəkələrdə bir gecədə populyarlıq qazanan şəxslər, evdən işləyərək qısa zamanda böyük gəlir əldə edənlər və “özünü inkişaf etdirmiş” nümunələr insanlara ilham verdiyi qədər, eyni zamanda bir təzyiq də yaradır. Unutmaq olmaz ki, hər kəsin özünəməxsus qabiliyyətləri, maraqları və düşüncə tərzi var. Hər kəs eyni yolla, eyni nəticəni əldə edə bilməz. Burada psixoloji faktorlar əsas rolu oynayır. Fərdin şəxsiyyət xüsusiyyətləri, keçmişdə yaşadığı travmalar, özünə olan inamı, riskə meyilliliyi və psixi sağlamlıq vəziyyəti onun qərarlarına və nəticələrinə birbaşa təsir edir".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
1
sia.az

2Mənbələr