AZ

Avropa Məhkəməsi Azərbaycana casusluq edən ermənilərə görə Ermənistanı cərimələyib

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistana qarşı bir qərar qəbul edib.

Gununsesi.info-nun   həmin işdə ər-arvad olan ərizəçilər Azərbaycanın kəşfiyyat orqanları tərəfindən əməkdaşlığa cəlb edilərək məxfi məlumatları ötürməkdə ittiham ediliblər.

Birinci ərizəçi 1988-ci ildə Sumqayıtdan Rusiyaya, daha sonra Bakıya köçərək orada yaşayıb. 2-ci Ərizəçi isə Ermənistanda doğulub. Onlar evləndikdən sonra Yerevanda yaşayıb.

2002-ci ildə onların qonşusu E.O Milli Təhlükəsizlik  Nazirliyinə müraciət edərək 1-ci ərizəçinin hərbi xarakterli məlumatlar toplaması və bunun müqabilində ödənişlər almasını bildirib. Həmin onların mənzil və telefon danışıqlarının dinlənilməsi üçün rəsmi icazə alınıb.

01 ay sonra digər qonşu A. Y. da 1-ci ərizəçinin illər əvvəl Tbilisidə kəşfiyyat orqanları tərəfindən işə götürüldüyünü və Ermənistanla bağlı məlumatları ötürdüyünü bildirib.

6 avqust 2002-ci ildə MTN dövlətə xəyanət ittihamı ilə cinayət işi başlayıb. Qərarda göstərilib ki, ərizəçilər 1993-cü ildə Azərbaycan kəşfiyyat xidmətinə cəlb olunub və o vaxtdan etibarən həm məxfi, həm də digər məlumatları toplayaraq onlara təqdim ediblər, bununla da Ermənistanın suverenliyini, ərazi bütövlüyünü, milli təhlükəsizliyini və müdafiəsini sarsıdıblar.

Ərizəçilər həbs olunub və onlara dövlət hesabına vəkil G.M. təyin edilib. Elə həmin gün ərizəçilər yazılı izahat verərək cinayəti etiraf ediblər. Ertəsi gün şübhəli qismində dindirilərkən əvvəlki etiraflarını təsdiqləyiblər. Dindirmə protokolları rus dilində tərtib olunub və ərizəçilər və vəkil G.M. tərəfindən imzalanıb.

2002-ci ilin noyabrında müstəntiqi birinci ərizəçinin oğlu R.K.-ni Ukraynada (orada yaşayırdı) dindirib. O, 1993–1996-cı illərdə anası ilə Bakıda yaşadığı dövr barədə bəzi təfərrüatları təsvir edib, bu məlumatlar onun casusluq fəaliyyəti ilə bağlı idi.

26 yanvar 2004-cü ildə Yerevan Rayon Məhkəməsi birinci ərizəçini dövlətə xəyanət və mərkəzi Yerevandakı bir mehmanxanada baş tutmamış partlayış cəhdi ilə bağlı diversiya cəhdində təqsirli bilib, ikinci ərizəçini isə dövlətə xəyanətdə təqsirli sayaraq onları müvafiq olaraq 15 və 13 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Məhkəmə sübut kimi E.O.-nun ərizəsinə və A.Y. ilə R.K. daxil olmaqla on beş şahidin ifadələrinə istinad edib.

A.Y. və R.K.-nin ilkin ifadələri məhkəmədə elan edilib, onlar məhkəmədə dindirilməyib, E.O.-nun ərizəsi də məhkəmədə oxunub, lakin o, şahid siyahısına daxil edilməyib. Digər 13 şahidin ifadələri isə ərizəçilərin həyat tərzi və Tbilisi və Dağlıq Qarabağa səfərləri barədə ümumi məlumatdan ibarət idi. Ərizəçilər şikayət edərək göstərib ki, ittiham yalnız onun etirafedici ifadəsinə və şahidlərin yanlış ifadələrinə əsaslanıb, həmin şəxslər məhkəmədə dindirlməyib.

2-ci ərizəçi bu arqumentlər ölkədaxili məhkəmələrdəki şikayətlərində qaldırmadığından onun şikayəti qəbuledilməz elan edilib.

Məhkəmə şahidlərin ərizəçi tərəfindən dindirilməməsini pozuntu hesab edib. 3 şahidin ifadəsi 1-ci ərizəçinin məhkum edilməsi üçün yeganə sübut olmasa da, digər 13 şahidin ifadələri yalnız 1-ci ərizəçinin həyat tərzi və səfərləri barədə ümumi məlumatlardan ibarət olub. Yerli məhkəmələr də 3 şahidin ifadələrinə xüsusi ehtiyatla yanaşmayıb, bu baxımdan Məhkəmə qeyd etdi ki, E.O., A.Y. və R.K.-nin məhkəmədə dindirilməməsi müdafiə tərəfini çətin vəziyyətə salıb və bu çatışmazlığı aradan qaldıracaq heç bir əlavə təminat tədbiri görülməyib.

Ona görə də AİHM 1-ci ərizəçiyə münasibətdə Konvensiyanın 6.1 və 3(d) maddəsinin (ədalətli məhkəmə araşdırılması hüququ) pozuntusunu tanıyıb.

Məhkəmə Erməni

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
icma.az

1Mənbələr