AZ

Bakıda 2 uşaq küçədə gecələdi Video

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Xətai rayonunda “Həzi Aslanov” metrostansiyası yaxınlığında iki uşaq küçədə gecələyib. 

“Qafqazinfo” xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq.

Müraciətimizə cavab olaraq bildirildi ki, “Həzi Aslanov” metrostansiyası yaxınlığında azyaşlıların küçədə qalması ilə bağlı yayılan görüntülərlə əlaqədar polis əməkdaşları tərəfindən tədbirlər görülüb.

“Tədbirlər nəticəsində həmin azyaşlılardan biri – 14 yaşlı uşaq polis əməkdaşları tərəfindən tapılaraq valideynlərinə təhvil verilib. İlkin araşdırma zamanı azyaşlının valideynləri ilə mübahisə etdiyi və xəbərsiz evdən çıxdığı müəyyən edilib. Hazırda digər azyaşlının da ailəsinə verilməsi istiqamətində tədbirlər davam etdirilir”, - rəsmi məlumatda vurğulanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
8
qafqazinfo.az

10Mənbələr