ain.az bildirir, Ayna portalına istinadən.
“ABŞ-ın təhdidləri demokratiyamızı qorxutmayacaq”
Braziliya Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri, dövlət katibi Marko Rubionun təhdidlərinə cavab olaraq bildirib ki, “ölkəni qorxutmaq mümkün deyil”. Bu barədə AYNA.AZ xarici mediaya istinadən bildirir.
"ABŞ dövlət katibi Marko Rubionun Braziliya hakimiyyətinə hücum edərək, faktlara və təkzibedilməz sübutlara məhəl qoymamaqla verdiyi bəyanatda etdiyi təhdidlər demokratiyamızı qorxutmayacaq", - XİN-dən bildirilib.
Qeyd edək ki, sentyabrın 11-də Marko Rubio bildirib ki, ABŞ Braziliyanın keçmiş Prezidenti Jair Bolsonaro barədə hökmə cavab tədbirləri görəcək. Rubio ABŞ-ın bu "cadugər ovu"na müvafiq şəkildə cavab verəcəyini söyləyib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.