AZ

Növbəti L-39 “Skyfox” təlim təyyarələri Macarıstan HHQ-yə göndərilib

Çexiyanın “AERO Vodochody” şirkəti iki ədəd yeni L-39 “Skyfox” təlim təyyarəsini Macarıstan Hərbi Hava Qüvvələrinə (HHQ) göndərib.

“Poliqon” xəbər verir ki, bu barədə “AERO Vodochody” şirkəti məlumat yayıb.

Qeyd edək ki, Macarıstan HHQ “Aero Vodochody”ə ümumilikdə 12 ədəd L-39 “Skyfox” sifarişi verib. Sifarişə təyyarələrin tədarükü ilə yanaşı, simulator, təlim və tam dəstək xidmətlərinin göstərilməsi də daxildir.

Sifarişə uyğun olaraq, L-39 “Skyfox”ların üç ədədlik ilk partiyası cari ilin iyununda Macarıstan HHQ-yə çatdırılıb.

Seçilən
3
poliqon.az

1Mənbələr