"Qarabağ"ın futbolçusu Aleksey İsayevin geri qaytarılmasının "Sabah"a hansı məbləğə başa gəldiyi bəlli olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi ümidləri doğrulda bilməyən yarımmüdafiəçinin satışından 150 000 manat qazanıb.
Xatırladaq ki, "Qarabağ" İsayevin adını UEFA Çempionlar Liqasının Liqa mərhələsi üçün açıqlanan siyahıya salmamışdı.