AZ

Fərid Qayıbov İsrailin səfirini qəbul etdi

Sentyabrın 12-də gənclər və idman naziri Fərid Qayıbov İsrail Dövlətinin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Ronen Krauszu qəbul edib.
Səfiri salamlayan nazir Fərid Qayıbov onu ölkəmizdəki diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və uğurlar arzulayıb. Görüşdə Azərbaycan və İsrail arasında gənclər və idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, ikitərəfli əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Seçilən
54
2
teleqraf.com

3Mənbələr