Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində baş tutacaq “Benfika" - “Qarabağ” oyununda Ağdam təmsilçisini Portuqaliyada dəstəkləmək istəyən azarkeşlər biletləri bu gündən etibarən ala bilərlər. 

Offsideplus.az xəbər verir ki, azarkeşlər üçün ayrılmış vauçerlər bu gün saat 15:00-dan etibarən iTicket.az-da onlayn şəkildə satışda olacaq. Stadionda 500 yer ayrılıb. Azarkeşlər əldə etdikləri vauçerləri biletə dəyişməlidir. Vauçerlərin biletə dəyişdirilməsi ilə bağlı ətraflı məlumat daha sonra paylaşılacaq. Biletlərin qiyməti 88 AZN-dir.

Qeyd edək ki, "Benfika" - "Qarabağ" oyunu sentyabrın 16-ı saat 23:00-da (Bakı vaxtı ilə) start götürəcək.