Bakı. Trend:
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı,Abşeron-Xızı, Quba-Xaçmaz və Mil-Muğan regionları üzrə musiqi vəincəsənət məktəbləri müəllimlərinin attestasiyasının nəticələrinəuyğun olaraq nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki vəİxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı və Mədəniyyətİşçiləri Həmkarlar İttifaqının (MİHİ) dəstəyi ilə keçiriləntəlimlər davam edir.
Trendxəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sentyabrın 12-də təlimlərin üçüncü mərhələsinəbaşlanılıb. Xor-dirijorluğu, vokal, violin, klarnet, fleyta vərəssamlıq ixtisasları üzrə 40-а yaxın müəllimin cəlb olunduğutəlimlər Bakı şəhərindəki Vaqif Mustafazadə adına 2 nömrəli Uşaqİncəsənət Məktəbində keçirilir.
Bir aydan artıq davam edəcək təlimlərə pedaqoji təcrübəyə malikixtisaslı müəllimlər və mütəxəssislər cəlb olunub. Proqramçərçivəsində iştirakçılara həm fərdi, həm də qrup şəklində tədrismetodları, interaktiv dərs modelləri, yeni təhsiltexnologiyalarından istifadə imkanları təqdim edilir.
Təlimin ilk günündə MEMİM-in direktoru vəzifəsini icra edənsənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov vəMİHİ-nin şöbə müdiri Mehman Məhərrəmov təlimin gedişatını izləyib,iştirakçılara uğurlar arzulayıblar.
Qeyd olunub ki, təlimlər müəllimlərin yaradıcılıq potensialınıninkişafına, onların peşəkar inkişafının dəstəklənməsinə, musiqi vəincəsənət məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsinətöhfə verəcək. Təlimlərin müəllimlərin nəzəri və praktikibiliklərinin artırılması, onların müasir tədris metodlarınayiyələnməsi, daha səmərəli nəticələr əldə etmələrinə dəstəkməqsədilə həyata keçirildiyi vurğulanıb.
Xatırladaq ki, musiqi və incəsənət məktəbləri müəllimlərininattestasiya prosesində komissiya tərəfindən müvafiq olaraq 3əleyhinə, 2 lehinə səslə qiymətləndirilən şəxslər üçün təlimlərəcəlb olunub və onlara xüsusi müsabiqədə iştirak edərək yenidənpedaqoji fəaliyyətə qayıtmaq imkanı yaradılacaq.
Attestasiyanın nəticələrinə əsasən, bu ilin may-iyul aylarındafortepiano və musiqi nəzəriyyəsi, avqust-sentyabr aylarında isətar, kamança, qarmon, xanəndə, nağara ixtisasları üzrə keçirilmiştəlimlərə ümumilikdə 200-ə yaxın müəllim qatılıb.