“Sumqayıt”dan ayrılan Kamran Quliyevin yeni klubu məlum olub.
QOL.az xəbər verir ki, 24 yaşlı hücumçu karyerasını 1-ci liqada çıxış edəcək "Səbail"də davam etdirəcək.
Klubun mətbuat xidməti forvardla 1+1 illik müqavilə bağlandığını açıqlayıb.
Qeyd edək ki, “Səbail” bu gün 1-ci liqanın açılış turunda “Mingəçevir”lə qarşılaşacaq. "ASKO Arena”da keçiriləcək görüş saat 19:00-da başlayacaq.