“Fənərbağça”da yarımmüdafiə xəttinə yeni transfer gözlənilir.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu “Real”ın futbolçusu Dani Sebalyosu heyətinə qatmaq istəyir.
29 yaşlı ispaniyalı yarımmüdafiəçinin satınalma hüququ ilə icarəyə götürülməsi gündəmdədir.
Qeyd edək ki, Sebalyosun Madrid klubu ilə müqaviləsi 2027-ci ilin iyununda başa çatacaq.