AZ

“Fənərbağça” “Real”ın futbolçusunu istəyir

“Fənərbağça”da yarımmüdafiə xəttinə yeni transfer gözlənilir.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu “Real”ın  futbolçusu Dani Sebalyosu heyətinə qatmaq istəyir.

29 yaşlı ispaniyalı yarımmüdafiəçinin satınalma hüququ ilə icarəyə götürülməsi gündəmdədir.

Qeyd edək ki, Sebalyosun Madrid klubu ilə müqaviləsi 2027-ci ilin iyununda başa çatacaq.

Seçilən
15
idmanxeber.az

1Mənbələr