AZ

Azərbaycanda iqtisadiyyat böyümür, amma gəlirlər artır Bu bizə nə vəd edir?

Yeniavaz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu ilin avqust ayında Azərbaycanda adambaşına düşən ümumi daxili məhsul (ÜDM) 1034,4 manat olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,4% və ya 14,5 manat çoxdur.

Qeyd edək ki, eyni dövrdə Azərbaycanda adambaşına düşən nominal gəlirlər 8,6% və ya 57,4 manat artaraq 724 manata yüksəlib.

Adambaşına düşən nominal gəlirlərin adambaşına düşən ÜDM-də daha çox artmasına münasibət bildirən iqtisadçı-ekspert Allahverdi Aydın yeniavaz.com saytına verdiyi açıqlamada bildirir ki, nominal gəlirlər və ÜDM-nin artımında qeydə alınan bu cür fərqli dinamika inflyasiyaya səbəb ola bilər:

“Bildiyimiz kimi, adambaşına düşən ÜDM ölkə iqtisadiyyatının ümumi istehsal gücünü göstərir. Adambaşına nominal gəlir isə bu gücdən vətəndaşların əlinə keçən pul gəlirlərini göstərir. Açıqlanan statistikadan belə görünür ki, iqtisadiyyat inkişaf etmir, amma vətəndaşın əlinə daha çox pul keçir”.

Ekspert belə hesab edir ki, belə vəziyyət qısamüddətli dövr üçün təhlükə doğurmasa da, uzunmüddətli dövr üçün xoş olmayan nəticələrə gətirib çıxara bilər:

“Neqativ təsirlərdən biri idxalın artması ola bilər. Əhalinin əlindəki pul ÜDM-dən, yəni yerli istehsaldan daha sürətlə artırsa, o zaman idxaldan asılılıq güclənəcək. Daxildə istehsal olunmayan mallara tələbat yüksəldikdə idxal genişlənəcək, nəticədə ölkənin xarici ticarət balansı mənfi istiqamətə dəyişəcək. Bu vəziyyətin ən ciddi təsiri isə qeyd etdiyimiz kimi inflyasiya ilə bağlı olacaq. Əgər istehsal artmırsa və əhalinin əlindəki pul, yəni nominal gəlirlər artırsa, o zaman məhsullara tələb artacaq. Aydındır ki, tələbin artmasına paralel şəkildə qiymətlər də artacaq. Bunun ən bariz nümunəsini biz qonşu Türkiyə iqtisadiyyatında müşahidə etdik. 2018-ci ildən etibarən Türkiyədə ÜDM istehsalı aşağı düşməyə başladı. Buna paralel olaraq da hər il maaşlar və sosial ödənişlərin artırılması hesabına əhalinin nominal gəlirləri artmağa başladı. Nəticədə son bir neçə ildir ki, Türkiyədə yüksək inflyasiya müşahidə olunur”.Elnur Əli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
2
yeniavaz.com

3Mənbələr