Orban: “Fon der Leyenin Brüsseli tərk etmə vaxtı çatıb”
Ajans.az xəbər verir ki,bu barədə Orbanın bəyanatını Macarıstan hökumətinin beynəlxalq kommunikasiyalar üzrə dövlət katibi Zoltan Kovaç sosial şəbəkədə paylaşıb. "Bütün əsas məsələlərə yenidən baxılmalıdır, çünki Ursula fon der Leyenin rəhbərlik etdiyi Avropa İttifaqı təhlükəli istiqamətə yönəlib. İndi o, Brüsseli daha effektiv siyasət yürüdə bilən şəxslərə təhvil verməlidir", – deyə Orban bildirib. Macarıstan lideri daha əvvəl də fon der Leyeni militarist yanaşmalarına, maliyyə təzyiqləri ilə üzv ölkələri yönləndirməyə çalışmasına və Brüsselin mərkəzləşdirilmiş siyasətini zorla qəbul etdirməyə çalışmasına görə tənqid etmişdi. Xatırladaq ki, sentyabrın 10-da Avropa Parlamentində çıxış edən Ursula fon der Leyen Aİ-nin xarici siyasət məsələlərində yekdil səsvermə prinsipinin ləğv edilməsini təklif etmişdi. Bu təşəbbüs bir sıra üzv ölkələr, o cümlədən Macarıstan tərəfindən narazılıqla qarşılanıb.