AZ

“Türkiyənin çox güclü ordusu var və Netanyahu bu mövzuda bir gözü açıq yatmalıdır”

ain.az, Missiya.az portalına istinadən məlumat verir.

“Türkiyəni düşmən siyahısına əlavə etməmiz lazım deyil, onsuz da kifayət qədər düşmənimiz var. İsrailin marağı Türkiyə ilə birbaşa hərbi toqquşmadan qaçmaqdır. İnanmaq istəyirəm ki, ABŞ müdaxilə edəcək və iki ölkənin qarşılıqlı münaqişəyə sürüklənməsinə imkan verməyəcək".

Missiya.Az xəbər verir ki, bu sözləri israilli ekspert Koen Yanarocak deyib.

"Türkiyə İran deyil. Onların F-16 döyüş təyyarələri və bu döyüş təyyarələrini idarə etməkdə böyük təcrübələri var. Türkiyənin dəniz qüvvələri baxımından xüsusi üstünlüyü olduğunu vurğulamaq lazımdır. Hərbi böyüklüyünə görə Türkiyə NATO daxilində ABŞ-dən sonra ikinci yerdədir. Türk əsgərləri çox təcrübəlidirlər”, - deyə ekspert vurğulayıb.

Yanarocak qeyd edib ki, İsrail Baş naziri Benyamin Netanyahu bu mövzuda bir gözü açıq yatmalıdır.

Daşqın HəsənovMissiya.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
1
missiya.az

2Mənbələr