AZ

Trendləri alt-üst edən mahnının ifaçısı o imiş - Video

Son günlər sosial mediada trendə çevrilən “Naninay” mahnısını eşitməyən yoxdur yəqin ki. Məşhur iş adamı Emin Ağalarovdan tutmuş, tanınmış sənət adamları, bloqerlər,  sosial media istifadəçiləri bu mahnıya  videolar çəkdi. Bəs bu mahnını kim ifa edir? Tarixçəsi nədir?

Musavat.com xəbər verir ki, məşhur “Naninay” mahnısının əsl adı “Acharuli”dir və  Vazha Mdzeluri ifa edir. Mahnının sözləri və musiqisi də ifaçıya məxsusdur. Bəstə 1 həftədə iki milyondan çox izlənib və milyonlarla video çəkilib.

Vaja Mdzeluri gürcü müğənni və bəstəkardır. O, ən çox “Gafrindi”, “Acharuli” və “Deda” kimi mahnıları ilə tanınır. O, mahnılarında müasir və ənənəvi Gürcü musiqisinin harmonik birləşməsi diqqət çəkir. Vaja Mdzeluri, həmçinin musiqi aranjmanları ilə də məşhurdur.

Könül
Musavat.com

 

Seçilən
29
2
musavat.com

3Mənbələr