AZ

Son 24 Saatda 141 Döyüş: Nə baş verir?

Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Son 24 saatda Rusiya və Ukrayna arasında 141 döyüş baş verib, bunların 32-si Pokrovskda olub. Ukrayna ordusu 890 rus hərbçisini və 380 hərbi texnikanı məhv edib.

Milli.Az xəbər verir ki, Leninqrad vilayəti hücuma məruz qalıb, Tosno şəhəri atəş altındadır. Pulkova Hava Limanında "xalça rejimi" tətbiq olunub, 36 uçuş və 12 eniş gecikir. Yaroslavl, Kaluqa, İvanovo və Pskov aeroportlarında da gecikmələr var.

Moskva meri Sergey Sobyanin Ukraynaya aid 5 dronun vurulduğunu bildirib. Smolenskdə partlayışlar və yanğınlar baş verib, "Lukoil" obyektləri dron hücumuna məruz qalıb. Primorsk neft limanı atəş altındadır.

Rusiya Müdafiə Nazirliyi 24 saatda 221 Ukrayna dronunun vurulduğunu açıqlayıb. Hədəflər arasında Bryansk, Smolensk, Leninqrad, Kaluqa, Novqorod, Moskva, Orlov, Belqorod, Rostov, Tver, Pskov, Tula və Kursk var. 

Aysel Əkbər

Milli.Az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
36
1
news.milli.az

2Mənbələr