AZ

Ukrayna müharibəsinin günahkarı odur! Orban

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Macarıstanın Baş naziri Viktor Orban Avropa Komissiyasının sədri Ursula von der Leyeni sərt təndiq edib.

Globalinfo.az xəbər verir ki, o, Leyenin Avropanı müharibəyə sürüklədiyini deyib.

“Budapeşt üç il yarımdır ki, Ukraynadakı münaqişənin mənfi nəticələrindən əziyyət çəkir. Baxmayaraq ki, bizim bununla heç bir əlaqəmiz yoxdur. Qərbdə bəzi “xanımlar və cənablar” ölkəni “boynundan tutub” münaqişəyə sürükləmək istəyirlər. Buna müqavimət göstərmək lazımdır”, – deyə siyasətçi bildirib.

O xatırladıb ki, macarlar iştirak etmək istəmədikləri I və II Dünya müharibələrinə də cəlb olunublar:

“Macarıstanı bu münaqişələrə sürükləyən Ursula fon der Leyen kimi siyasətçilərdir”.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
globalinfo.az

1Mənbələr