AZ

Özbəkistan məktəblərində süni intellekt fənni tədris olunacaq

BAKI, 12 sentyabr. TELEQRAF

2026-cı ildən başlayaraq Özbəkistan məktəblərində şagirdlərə süni intellektin əsaslarının öyrədilməsi planlaşdırılır.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sədrliyi ilə keçirilən iclasda məlumat verilib.

Görüş zamanı Şavkat Mirziyoyev uşaqlara məktəb yaşından informasiya texnologiyalarının öyrədilməsinin vacibliyini vurğulayıb.

Həmçinin istedadlı şagirdlərin dəstəklənməsi üçün bölgələrdə ixtisaslaşdırılmış məktəblərin filialları açılacaq. Onlar informasiya texnologiyaları, mühəndislik və təbiət elmləri üzrə təhsil verəcəklər.

Qeyd edək ki, artıq Çində məktəblərdə süni intellekt fənni tətbiq edilir.

Seçilən
1
teleqraf.com

1Mənbələr