AZ

Petrosyandan ŞOK: Bakının bəyanatını dəstəklədi, dəhlizin adını dəyişdi

“O yola “Zəngəzur dəhlizi” deməkdən çəkinərdim, çünki bu, cəmiyyətimizdə narahatlıq doğurur”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan deyib.

O, dəhlizin adının başqa formada çağırılmalı olduğunu söyləyib:

“Ümumiyyətlə, “Zəngəzur Nəqliyyat Qovşağı”nın fəaliyyəti vacibdir, lakin o valideynlərinin nəzarəti altında qalmamalıdır. Ermənistan digər dövlətlərin yoldan fasiləsiz keçidini təmin edə bilər. Bu məsələdə dostumuz Rusiya, İran və ABŞ-la əməkdaşlıq davam etdirilir. Böyük dövlətlər arasındakı gərginlik kiçik dövlətlərdən daha çox izlənir”.

Qeyd edək ki, Azərbaycan tərəfi yola “Zəngəzur dəhlizi” desə də, Ermənistanın Baş naziri Nikol Paşinyan və hakim komanda üzvləri keçidi “Tramp marşrutu” adlandırırlar. Petrosyanın açıqlamasının rəsmi Bakının mövqeyini xatırlatması maraq doğurur.

Seçilən
0
1
veteninfo.az

2Mənbələr