Avropa İttifaqı Rusiyaya qarşı tətbiq olunan sanksiyaların müddətini daha altı ay uzadıb.
Editor.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas sosial şəbəkə X hesabında məlumat verib.
“Biz Rusiyaya qarşı sanksiyaları yenicə uzatdıq”, – deyə Kallas bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı Rusiyaya qarşı nəzərdə tutulan 19-cu sanksiyalar paketi üzərində işi demək olar ki, tamamlayıb.
Sanksiyalar Rusiyanın Ukraynaya qarşı başladığı genişmiqyaslı müharibəyə cavab olaraq tətbiq olunub.
//Samir Qurbanov, Editor.az