Müğənni Mahsun Kırmızıgül Sosial şəbəkə paylaşımı ilə media subyektlərini tənqid edib.
Far.Az xəbər verir ki, o media işçilərinin onun sənətinə konsertlərinə dəyər vermədiyini bildirib.
"Sənətkarın əməyi, konsertləri, zəhməti dəyərləndirilmir. Yaşadığımız zaman diqqətdən kənarda qalırıq, öləndə isə xatırlanırıq" - deyə ifaçı qeyd edib.
O Edip Akbayram, Volkan Konak, Ferdi Tayfur və Özkan Uğur kimi sənətkarlara sağlığında dəyər verilmədiyini, sadəcə vəfat etdikdə xatırlandığını vurğulayıb.
Mahsun Kırmızıgül bundan sonra sadəcə onun əməyinə qiymət verən media subyektlərinə açıqlama verəcəyini bildirib.
O "Bizi görməyəni biz də görməyəcəyik" deyərək mətbuat orqanlarına üsyan edib.
Sənətçi vəsiyyətnamə formasında jurnalistlərə müraciət edib:
"Bir gün başıma bir iş gəlsə, ya da vəfat etsəm, məndən xəbər verməyin! Dəfnimə gəlməyin! Gedin dəyərli hesab etdiyiniz oğrulardan, uşaqlarımızın gələcəyini oğurlayanlardan xəbər verməyə davam edin".