AZ

Paytaxt məktəblərində 505 766 şagird təhsil alacaq

BŞTİ-nin tabeliyindəki məktəblərdə 505 766 şagird təhsil alacaq

AzEdu.az-a verilən məlumata görə, yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə, 505 766 şagirdin təhsil alacağı gözlənilir.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 39 622, IX sinfində 47 438, XI sinfində 35 134, XII sinfində 124 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Paytaxtdakı ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 21 491 beşyaşlının cəlb olunması nəzərdə tutulur.

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəslərinə isə 35 028 uşaq cəlb olunub.

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 28 127 müəllim, məktəbəqədər təhsil müəssisəslərində isə 4 149 tərbiyəçi-müəllim çalışır.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 673 təhsil müəssisəsi, 9 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.

Seçilən
10
23
azedu.az

10Mənbələr