AZ

Atom düyməsini də təsadüfən basa bilərlər... Ekspert Trampın bəyanatını şərh etdi

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiya dronlarının Polşaya düşməsi ABŞ prezidenti Donald Trampın dediyi kimi təsadüf və ya kəşfiyyat xarakteri daşımır. Hadisə Belarusda keçirilən və Rusiyanın da iştirak etdiyi hərbi təlimlər fonunda baş verib və bu, hərbi təxribatdır.

Qaynarinfo xəbər verir ki, bunu Ukraynanın sabiq xarici işlər naziri Pavel Klimkin telemarafon efirində bildirib.

Onun sözlərinə görə, burada əsas məsələ kəşfiyyat deyil, kontekstdir – Belarusdakı təlimlər ərəfəsində baş verməsi diqqət çəkir.

Klimkin əlavə edib ki, qəribədir, xarici KİV-lər "təsadüf” versiyasına çox da diqqət ayırmadılar, halbuki bu məqam xüsusi vurğulanmalı idi. O deyib ki, Putin üçün indi əsas hədəflərdən biri təchizat yollarının, xüsusilə də Qərb silahlarının daşınma marşrutlarının zəifliyini göstərməkdir.

"Üçüncü məsələ – təbliğ etməkdir ki, heç kim təhlükəsizlikdə deyil. Hamı həssasdır. 20 dronla belə hamını vurmaq olar, "bizim isə minlərlə dronumuz, üstəlik minlərlə raketimiz var”. Bu, koqnitiv və psixoloji əməliyyatdır. Tramp da yaxşı başa düşür ki, 20 dron heç bir halda "səhv” ola bilməz. Belə "səhvlərlə” təsadüfən atom bombasının düyməsini də basa bilərlər”, – deyə Klimkin bildirib.

Onun fikrincə, Putin eskalasiyada maraqlı deyil, amma daimi təxribatlarla vəziyyəti gərgin saxlamaq və NATO ilə Qərb müttəfiqlərinin zəif yerlərini nümayiş etdirmək istəyir.

Klimkin qeyd edib ki, Rusiya əvvəllər də təxribatlarla, sifarişli qətllərlə məşğul olub, amma dronlarla bağlı bu hadisə Kremlə xas olan ənənəvi üsullardan kənara çıxır: "Bu, faktiki olaraq hərbi təxribatdır”.

Sabiq nazirin fikrincə, Tramp indi bu məsələni qabartmaq istəmir, lakin Ukrayna üçün daha önəmlisi onun gələcəkdə hansı qərarlar verəcəyi olacaq: "Biz avropalılarla birlikdə onunla çox sadə bir ideya üzərində işləməliyik – Avropa səması qorunmalıdır. Ukrayna səması Avropa səmasının bir hissəsidir. Bu məsələdə ABŞ-sız və şəxsən Donald Trampsız heç nə mümkün deyil”.

Klimkin həmçinin bildirib ki, NATO-nun reaksiyası ikili təsir bağışlayır. Bir tərəfdən, Polşa üçün "çox xoşdur”, çünki alyans hadisəyə müdaxilə edib və 4-cü maddəni işə salıb. Digər tərəfdən isə reaksiyanı "çox zəif” adlandırıb – çünki dronların vurulması üçün aydın konsepsiya və hazırlıq yoxdur.

"5-ci maddənin işə salınıb-salınmaması NATO-nun iradəsindən və bu hadisəni məqsədli hücum kimi qiymətləndirmək istəyindən asılıdır. NATO hələlik bundan yayınır, Rusiya isə vəziyyəti silkələməyə davam edəcək”, – deyə o əlavə edib.

Klimkinin sözlərinə görə, NATO-nun cavabı ictimai şəkildə deyil, qapalı şəkildə olmalıdır, "bizim istəyimizdən asılı olmayaraq”.

Alpər

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
qaynarinfo.az

1Mənbələr