AZ

Azərbaycanda hansı mənbələrdən nə qədər elektrik enerjisi istehsal edilir? – Siyahı


Bu ilin ilk 8 ayında Azərbaycanda əmtəəlik elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 246,7 milyon kVt/saat və ya 1,4% artaraq 17 milyard 708,4 milyon kVt/saat olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, istehsal olunan elektrik enerjisinin 84,8%-i və ya 15 milyard 009,9 milyon kVt/saatı İstilik Elektrik Stansiyalarının (İES), 13,1%-i və ya 2 milyard 257,2 milyon kVt/saatı Su Elektrik Stansiyalarının (SES), 2,3%-i və ya 407,9 milyon kVt/saatı Günəş Elektrik Stansiyalarının (GES), 0,2%-i və ya 33,4 milyon kVt/saatı isə Külək Elektrik Stansiyalarının payına düşüb.
Ötən ilin eyni dövrü ilə müqayisədə İES-lərdə istehsal olunan elektrik enerjisi 0,4%, SES-lərdə istehsal olunan elektrik enerjisi isə 6,6%, Günəş Elektrik Stansiyalarında (GES) istehsal olunan elektrik enerjisi isə 13% artıb. Külək Elektrik Stansiyalarında istehsal olunan elektrik enerjisində isə 13,5% azalma müşahidə olunub.

Elnur Əli
Seçilən
12
1
yeniavaz.com

2Mənbələr