AZ

“ACWA Power” şirkəti ilə dəniz suyunun duzsuzlaşdırılması layihəsi müzakirə edilib

İqtisadiyyat Nazirliyində “ACWA Power” şirkətinin baş icraçı direktoru ilə keçirilən görüşdə ölkəmizdə həyata keçiriləcək dəniz suyunun duzsuzlaşdırılması layihəsi və potensial gələcək layihələr müzakirə edilib. 

Nazirlikdən Operativ Media-ya verilən məlumata görə, iqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin baş icraçı direktoru Marko Arçelli ilə görüşüb. 

Görüşdə ölkəmizlə “ACWA Power” şirkəti arasında uğurlu layihələrin həyata keçirildiyi vurğulanıb. Tərəflər ölkəmizdə həyata keçiriləcək dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icra vəziyyətini nəzərdən keçiriblər. Su ehtiyatlarının səmərəli idarə olunması və dayanıqlı inkişaf məqsədləri çərçivəsində gələcək potensial layihələr ətrafında fikir mübadiləsi aparılıb. Bu kimi təşəbbüslərin Azərbaycanda dövlət-özəl tərəfdaşlığının inkişafı, yüksək texnoloji bilik və innovasiyaların transferi baxımından əhəmiyyəti vurğulanıb.

Seçilən
27
3
operativmedia.az

4Mənbələr