AZ

Mahsun Kırmızıgülün vəsiyyəti: "Dəfnimə gəlməyin"

Türkiyəli müğənni Mahsun Kırmızıgül media qurumlarına və xəbər kanallarına sərt şəkildə etiraz edib.

Kulis.az xəbər verir ki, o, sənətçilərin yaşadığı müddətdə dəyər görmədiyini, yalnız vəfat etdikdən sonra xatırlandığını bildirib. Bu barədə Mahsun sosial şəbəkədə paylaşım edib:

"Sənətçinin əsərinə, konsertinə, alın təri ilə qazandığı əməyinə dəyər vermirsiniz. Yaşadığı zaman onu görməzdən gəlirsiniz. Təəssüf ki, sənətçilər öldükdə xatırlanır. Edip Akbayram, Volkan Konak, Ferdi Tayfur, Özkan Uğur kimi şəxsləri itirdikdə bu acı mənzərənin şahidi olmuşuq".

Qeyd edək ki, o, sənət və sənətçiyə dəyər verməyən proqramlara qatılmayacağını bildirib.

Seçilən
7
8
kulis.az

9Mənbələr