Moskva İrəvan və Bakının “3+3” formatında görüş üçün əməli addımlar atacağını gözləyir.
"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
"Biz erməni və azərbaycanlı tərəfdaşlarımızdan “3+3” formatında ölkələrin xarici işlər nazirlikləri rəhbərlərinin növbəti görüşünün yeri və tarixləri ilə bağlı tezliklə razılığa gəlmək üçün əməli addımlar gözləyirik", - deyə Zaxarova bildirib.
Onun sözlərinə görə, sözügedən regional əməkdaşlıq platforması Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və Cənubi Qafqazla bağlı digər mövzuların müzakirəsi üçün yaxşı platformadır.
Ağarza Elçinoğlu