AZ

Tramp bütün ölkələri hədələdi – “…sizi ovlayacağıq, məhv edəcəyik”…


ABŞ prezidenti Donald Tramp 11 sentyabr terror aktı qurbanlarının xatirəsini anma mərasimində bütün ölkələri hədələyib. ABŞ-ın bir daha belə hücumlarla üzləşə bilməyəcək qədər güclü olduğunu iddia edən Tramp Müdafiə Nazirliyinin (Pentaqon) adının dəyişdirilməsinin səbəbini də açıqlayıb.

"ABŞ-a hücum etsəniz, sizi ovlayacağıq. Sizi mərhəmət göstərmədən məhv edəcəyik. Biz birmənalı şəkildə qalib gələcəyik" – deyə Tramp bildirib.

ABŞ-ın bu cür hücumlar qarşısında çox daha güclü olduğunu ifadə edən Tramp, bu yaxınlarda Müdafiə Nazirliyinin adını məhz buna görə dəyişdirdiklərini deyib: "Müharibə Nazirliyi çox fərqli olacaq".

ABŞ prezidenti Trampın Müdafiə Nazirliyinin adının “Müharibə Nazirliyi” olaraq dəyişdirilməsi ilə bağlı sərəncam imzalamasından sonra Vaşinqton administrasiyasının III Dünya Müharibəsi kimi qlobal müharibəyə hazırlaşdığına dair müzakirələr başlayıb.

TAHİR

Seçilən
39
baki-xeber.com

1Mənbələr