AZ

Luçesku dünya rekordçusu oldu!

Mirça Luçesku dünya futbolunda rekorda imza atıb! Rumıniyalı mütəxəssis buna yaş amilinə görə nail olub.

O, artıq milli komandanı çalışdıran ən yaşlı baş məşqçi sayılır. Rekord cümə günü Buxarestdə keçirilən Rumıniya – Kanada yoldaşlıq oyununda qeydə alınıb. Luçesku qonaqların 3:0 hesabıyla qalib gəldikləri matç günü 80 yaş 1 ay 7 günlüyündə olub. Beləliklə, Rumıniya yığmasının baş məşqçisi əvvəlki rekordçu uruqvaylı Roke Maspolinin göstəricisini (80 yaş 1 ay 4 gün) arxada qoyub.

Qeyd edək ki, Maspolinin rekordu Uruqvay yığmasını çalışdırdığı 1997-ci ildə qeydə alınıb.

Seçilən
7
1
football-plus.az

2Mənbələr