AZ

İtkin şəhidlərimiz dəfn olundu - FOTOLAR + YENİLƏNİB

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 32 il sonra tapılan şəhidlər Cəlal Xankişi oğlu Abdullayev və Ayaz Əsgəralı oğlu Zərbəliyevlə vida mərasimi keçirilib.

News365.az xəbər verir ki, onların ailə üzvlərinə məxsus evlərdə keçirilən mərasimlərdə şəhidlərin yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cəlal Xankişi oğlu Abdullayevin nəşinin qalıqları Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Qeyd edək ki, C.Abdullayev 1971-ci il avqustun 24-ü Qobustan qəsəbəsində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edib. C.Abdullayev 1993-cü il martın 29-da Kəlbəcər rayonunun Çərəkdar kəndi ərazisində itkin düşmüş sayılırdı.

Ayaz Əsgəralı oğlu Zərbəliyevin nəşinin qalıqları isə Göyçay şəhəri Şəhidlər xiyabanında torpağa tapşırılıb.

A.Zərbəliyev 1969-cu il yanvarın 30-u anadan olub. 1993-cü il martın 29-da Kəlbəcər rayonunun Çərəkdar kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.

***

Daha bir itkin şəhidimiz Murad Məlikməmməd oğlu Vəliyevlə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları Quba rayonunun Nütəh kənd qəbiristanlığında dəfn edilib.

M.Vəliyev 1971-ci il aprelin 5-də anadan olub. 1994-cü il martın 4-də Füzuli rayonunun Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.

***

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan Vəkil Möylan oğlu Qayıbovla da vida mərasimi keçirilib.

Şəhidin nəşinin qalıqları Qəbələ rayonunun Qəmərvan kənd qəbiristanlığında torpağa tapşırılıb.

V.Qayıbov 1973-cu il avqustun 30-da anadan olub. 1992-ci il iyunun 15-də Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.









Seçilən
30
7
news365.az

10Mənbələr